VLADİMİR PUTİN VƏ ŞARL MİŞEL QARABAĞDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

Rusiya prezidenti Vladimir Putin və Avropa Şurasının prezidenti Şarl Mişel Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Kremlin məlumatında deyilir.

Məlumata görə, tərəflər Belarusun Aİ ölkələri ilə sərhədindəki vəziyyətə də toxunub və miqrasiya böhranının beynəlxalq humanitar hüquq əsasında tezliklə həllinin vacibliyini qeyd ediblər.