PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANIN VATİKANDA SƏFİRLİYİNİN FƏALİYYƏTİNİN TƏMİN EDİLMƏSİ HAQQINDA SƏRƏNCAM İMZALAYIB

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.