Bu gün Şamaxıda zəlzələ olub.
Bunu açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, zəlzələ bir çox rayonlarda hiss olunub.
“Zəlzələ yerli vaxtla saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub” – deyə, o bildirib.