Noyabrın 16-da genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğradı.
Həmin təxribat zamanı Ermənistanın 20-dən artıq hərbçisi ölüb və 100-ə yaxını yaralanıb.
Ermənistan tərəfinin itkin kimi qeyd etdiyi şəxslər isə hələ də tapılmayıb.
Xatırladaq ki, noyabrın 19-da Azərbaycan dövlət sərhədində Ermənistanın törətdiyi təxribat zamanı məhv edilən erməni hərbçilərdən daha üçünün cəsədini qarşı tərəfə verib.