Ermənistanla Azərbaycan arasında möhkəm sülhün əsasının qoyulması üçün Rusiya ilə dialoq vacibdir.
Bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian yerli mətbuata müsahibəsində deyib.
O bildirib ki, xüsusilə böhran zamanlarında dialoq mühümdür:
“Fransa və Rusiya, məsələn, İranın nüvə sazişi ilə bağlı danışıqların bərpası məqsədi ilə əlaqəli işləyə bilər. Əfqanıstanla bağlı yeni terror dalğasının qarşısının alınması məsələsində mövqelərimiz üst-üstə düşür. Eyni zamanda Azərbaycanla Ermənistan arasında möhkəm sülhün əsasını Rusiya ilə birgə qoymaq lazımdır”, – deyə fransalı nazir bildirib.