Rusiya Müdafiə Nazirliyinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasının hazırlıq mərhələsinin başlanması üzrə təklifləri qəbulediləndir.
Erməni KİV-lərində yayılan məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Rusiya may ayından başlayaraq sərhədin demarkasiyası və delimitasiyası üzrə üç təklif irəli sürüb. Hər üç təklif bizim üçün qəbulediləndir. Dünən Rusiya Müdafiə Nazirliyi delimitasiya və demarkasiyanın hazırlıq mərhələsi üzrə təkliflər irəli sürüb. Qeyd etmək istəyirəm ki, bütün təkliflər bizim üçün qəbulediləndir”, – deyə o bildirib.