RUSİYA XİN AZƏRBAYCAN VƏ ERMƏNİSTANI TEZLİKLƏ SƏRHƏDLƏRİN DEMARKASİYA VƏ DELİMİTASİYASINA BAŞLAMAĞA ÇAĞIRIB

Son hadisələr Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyini təsdiq edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

M.Zaxarova Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirərək tərəfləri təmkinli olmağa səsləyib.

Onun sözlərinə görə, Rusiya vasitəçilik səylərini davam etdirir.

XİN rəsmisi bildirib ki, Rusiya vəziyyətin dinc müstəviyə keçməsi üçün tərəflərlə təmasdadır.