HEYDƏR ƏLİYEV BEYNƏLXALQ HAVA LİMANI İŞİNİ ADİ REJİMDƏ DAVAM ETDİRİR

Hava şəraitinin dəyişməsi və güclü küləyə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanı işini adi rejimdə davam etdirir.

Bu barədə hava limanından bildiriblər.

“Aviareyslərin gəlişi və gedişində heç bir ləngimə yoxdur. Hava şəraitinin pisləşməsi və güclü küləyə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanı öz işini, eləcə də təyyarələrin qəbulunu və yola salınmasını adi rejimdə davam etdirir” – deyə, aeroportdan bildiriblər.