AZƏRBAYCAN BAYRAĞI BELARUSUN MİLLİ KİTABXANASININ BİNASI ÜZƏRİNDƏ VİDEOPROYEKSİYA EDİLİB

Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 8 Noyabr – Zəfər Bayramı və 9 noyabr Bayraq Günü münasibətilə təşkil olunub.

Axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.

Videogörüntü şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Bundan başqa, Azərbaycanın Belarusdakı səfirliyinin binası dövlət bayrağımızla bəzədilib.