TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Sizi və Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) adından və şəxsən öz adımdan ən səmimi duyğularımla təbrik edirəm.
Zati-alinizin liderliyi ilə qazanılmış bu şanlı Zəfər Azərbaycan xalqının birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.
Əminəm ki, qardaş Azərbaycanın gələcək inkişafında bu Qələbənin böyük töhfələri olacaq, Qarabağdakı dağıdılmış tarixi və mədəni mirasımız tezliklə Sizin rəhbərliyinizlə bərpa edilərək dünya mədəniyyətinə qovuşacaqdır.
TÜRKSOY ilə Azərbaycan Respublikası arasında mədəniyyət sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsini, Zati-alinizin müdrik və qətiyyətli rəhbərliyi ilə Azərbaycan xalqının daim müstəqillik və əmin-amanlıq şəraitində yaşamasını arzu edirəm”.