RUSİYADA QƏZAYA UĞRAYAN AN-12 TƏYYARƏSİNİN GÖYƏRTƏSİNDƏ 9 NƏFƏR OLUB

Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan An-12 təyyarəsinin göyərtəsində 9 nəfər olub.

Bunu vilayət üzrə FHN rəhbərinin müavini Andrey Ryabovolov deyib.

“İlkin məlumatlara görə, göyərtədə 9 nəfər olub. Onlardan 5-i heyət üzvü, digər 4-ü yükü müşayiət edənlər olub”, – deyə nazirlik rəsmisi bildirib.

O əlavə edib ki, hazırda altı nəfərin cəsədi aşkarlanaraq ekspertizaya göndərilib.