İrkutsk vilayətində An-12 təyyarəsinin qəzaya uğramasına buzlu yağış səbəb olub.
İlkin məlumatlardan, o cümlədən “qara qutunun” ilkin təhlilindən başa düşmək olar ki, ikinci dəfə enişə gedən zaman təyyarənin hündürlüyü tənzimləyən quğusu buzlanmaya məruz qalıb.
Həmçinin, qanad elementləri bu təsirə məruz qaldığı barədə ehtimallar var. Yanaşı faktorlar kimi təyyarənin həddindən artıq yüklənməsi və yükün daxildə düzgün tənzimlənməməsi göstərilir.