BÖYÜK BRİTANİYA PEYVƏND OLUNMUŞ AZƏRBAYCAN VƏTƏNDAŞLARININ ÖLKƏYƏ GİRİŞİNƏ İCAZƏ VERƏCƏK

Böyük Britaniya Azərbaycanı vaksin sertifikatının olması təqdirində ölkəyə giriş hüququ olan ölkələr sırasına daxil edəcək.

Bu barədə Böyük Britaniya səfiriliyi məlumat verir.

Qeyd olunur ki, Azərbaycan bu siyahıya noyabrın 1-dən daxil olunacaq.

Hazırda Böyük Britaniya “Oxford/AstraZeneca”, “Pfizer BioNTech”, “Moderna” və “Janssen” vaksinlərinin hər iki dozası peyvəndlənmiş şəxslərin vaksin pasportlarını qəbul edir.

Qaydalara əsasən, vaksinin ikinci dozasının qəbulundan 14 gündən az olmyaraq vaxt keçməlidir.