TÜRKİYƏ PREZİDENTİ İTALİYAYA VƏ BÖYÜK BRİTANİYAYA SƏFƏR EDƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya və Böyük Britaniyaya səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, 30-31 oktyabr tarixlərində İtaliyaya səfəri zamanı Türkiyə Prezidenti “Böyük iyirmilik” (G20) sammitində iştirak edəcək. 1-2 noyabr tarixlərində isə dövlət başçısı Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Böyük Britaniyada səfərdə olacaq.