AZƏRBAYCANIN ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ HİNDİSTANDA TƏDBİR TƏŞKİL OLUNACAQ

Milli Məclisin deputatı, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Naqif Həmzəyev oktyabrın 28-dən 31-dək Dehli şəhərində səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, deputat ölkəmizin Hindistandakı səfirliyi və Hindistan Gənc Liderlər Konfederasiyası tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Vətən müharibəsində qazanılan Qələbənin ildönümü münasibətilə təşkil olunmuş tədbirə qatılacaq. Oktyabrın 29-da keçiriləcək tədbirdə Hindistanın dövlət qurumlarının nümayəndələri, parlamentin üzvləri, ictimai fəallar və KİV nümayəndələri iştirak edəcəklər.

Səfər çərçivəsində Naqif Həmzəyevin Hindistan parlamentində bir sıra görüşləri də nəzərdə tutulur.