HULUSİ AKAR: ERMƏNİSTANDAN BƏZİ MÜSBƏT SİQNALLAR ALIRIQ

Bizim gözləntimiz bölgədə sabitliyin bərqərar olmasıdır. Türkiyənin bu təkliflərinə Ermənistandan bəzi müsbət siqnallar olur. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.Nazir qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana son səfəri zamanı regionda sabitliyin olmasına diqqət çəkib:“Hazırkı vəziyyətdə hər kəsin masaya oturması, sabitliyin və insanların etimad və rifah içərisində yaşamasının təmin edilməsi vacibdir. Biz Türkiyə dövləti olaraq hər məsələdə olduğu kimi bu məsələdə də son dərəcə konstruktiv, dialoqa açıq və məntiqli həll yollarını ortaya qoyuruq”H.Akar həmçinin qeyd edib ki, atəşkəsin elan edildiyi ilk gündən etibarən Türkiyə Silahlı Qüvvələrinin əməkdaşları Qarabağda minatəmizləmə fəaliyətinə başlayıb:“Minalar təmizləndikcə azad edilmiş bölgələr daha təhlükəsiz olur, əkinçilik və yaşayış üçün əlverişli hala gəlir”.