Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.
Danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib
Tərəflər Türkiyə və ABŞ prezidentlərinin planlaşdırılan görüşü öncəsi müsbət gündəliyin formalaşdırılması istiqamətində atılacaq addımlarına diqqəti yönəldiblər.