OKTYABR AYI ÜZRƏ BÜTÜN SOSİAL ÖDƏNİŞLƏR HƏYATA KEÇİRİLİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında 108 min nəfərdən çox şəxsə sosial ödənişlərin elektron qaydada təyinatı aparılıb. Beləliklə, 19 min nəfərdən çox şəxsə pensiyalar, 89 min nəfərdən çox şəxsə isə müavinət və təqaüd təyin olunub.