MƏDƏNİYYƏT NAZİRİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ XORVATİYADA SƏFƏRDƏDİR

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Xorvatiya Respublikasına səfər edib.

Nazirlikdən bildirilib ki, səfərin məqsədi Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Zaqrebdə keçiriləcək ikinci iclasında iştirak etməkdir.

Nümayəndə heyətinin tərkibinə aidiyyəti qurumların təmsilçiləri daxildir.

Birgə komissiyanın Azərbaycan tərəfdən həmsədri mədəniyyət naziri Anar Kərimov, Xorvatiya tərəfinin həmsədri bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coricdir.

Səfər çərçivəsində nazir Anar Kərimovun Xorvatiyanın paytaxtında bir sıra görüşləri də nəzərdə tutulub.