TÜRKİYƏ KƏŞFİYYATÇILARI PKK LİDERİNİ ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Kərkük şəhəri yaxınlığında xüsusi əməliyyat keçirib.

Əməliyyat nəticəsində PKK terror təşkilatının liderlərindən biri hesab olunan Taybet Bilen və daha 2 terrorçu zərərsizləşdirilib.

MİT-in əməliyyatı Türkiyə-İraq sərhədindən 170 kilometr məsafədə həyata keçirilib.

Təşkilat PKK-nın rəhbər şəxslərinə qarşı əməliyyatları davam etdirdiyini bildirib.