
UEFA Konfrans Liqasının rəsmi “tvitter” səhifəsi “Qarabağ”la bağlı növbəti dəfə paylaşım edib.
Avropa futbol qurumu Ağdam təmsilçisinin Bakıda Qazaxıstan “Kayrat”ına 2:1 hesabı ilə qalib gəldiyi qrup mərhələsinin üçüncü tur matçından fotolar yayımlanıb.
“Son dəqiqədə qalib gəlmək, bax, budur” başlıqlı paylaşımda “Qarabağ”ın H qrupunda məğlub olmadığı vurğulanıb. Həmçinin komandanın qrupu neçənçi pillədə bitirəcəyi ilə bağlı sorğu yerləşdirilib.
Qeyd edək ki, “Qarabağ” 3 oyundan sonra 7 xalla qrupda ikinci pillədə qərarlaşıb. Ağdam təmsilçisi növbəti turda səfərdə “Kayrat” ilə qarşılaşacaq. Oyun noyabrın 4-də təşkil olunacaq.
