İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Dağlıq Qarabağ regionunda Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin inkişafını narahatlıqla izləyir.
Nazirliyin sözçüsü səfir Deyfullah Əli əl-Fayez vəziyyətin sakitləşdirilməsinin, təmkinliyin, atəşkəsin və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq legitimliyə uyğun danışıqlar vasitəsilə dinc yollarla siyasi həllinin əhəmiyyətini qeyd edib.
Deyfullah Əli əl-Fayez qurbanların olmasından təəssüfünü ifadə edib.