VAQİF DƏRGAHLI: DÖYÜŞLƏRDƏ ISTİFADƏ ÜÇÜN ERMƏNİSTANDAN HƏRƏKƏT EDƏN S-300 ZRK IŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİMİZƏ DAXİL OLDUĞU ANDA MƏHV EDİLƏCƏK

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən “S-300” zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir.

Bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır.