POLKOVNİK VAQİF DƏRGAHLI: ERMƏNİSTAN ORDUSUNUN MADAGİZDƏKİ ALAYI TAMAMİLƏ DEMORALİZƏ OLUNUB

Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun Madagizdəki alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb.

Bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər.