Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb.
Paylaşımda deyilir:
“Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüş. Doğma torpaqlara qayıdışınızın həyəcanını və sevincini səmimi-qəlbdən sizinlə bölüşürəm!”
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.