AVROPA İTTİFAQININ XÜSUSİ NÜMAYƏNDƏSİ AZƏRBAYCANA GƏLİR

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana səfər edəcək.

Bu barədə T.Klaar öz “Twitter” səhifəsində bildirib.

O qeyd edib ki, Cənubi Qafqaza səfəri çərçivəsində Bakı, Tbilisi və Yerevanda görüşlər keçirəcək: “Aİ Cənubi Qafqazda sabitlik və rifahın təmin olunması üçün öz tərəfdaşları ilə işlərini davam etdirməyə sadiqdir”.