Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə “Twitter” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Qardaş Azərbaycanın müstəqilliyini yenidən qazanmasının 30-cu ili Qarabağın işğaldan azad olunması ilə daha da gözəldir.
Üç rəngli bayrağınla çox yaşa Can Azərbaycan! “
Qeyd edək ki, Azərbaycanda 18 Oktyabr Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.