TÜRKİYƏ SƏFİRİ AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilini ürəkdən təbrik edirik. Müstəqilliyiniz və qardaşlığımız əbədi olsun.

“Könlüm quşu qanad çalmaz,

Sənsiz bir an, Azərbaycan” (Şəhriyar)”

Qeyd edək ki, Azərbaycanda 18 Oktyabr Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.