MİLLİ MƏCLİS PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ VİTSE PREZİDENT MEHRİBAN ƏLİYEVAYA TƏBRİK MƏKTUBU ÜNVANLAYACAQ

Milli Məclis Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayacaq.

Bunu parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən plenar iclasında deyib.

Spiker bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgədə söz sahibi olan qüdrətli dövlətdir: “Əminliklə demək olar ki, qarşıdakı dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq”.

S.Qafarova təklif edib ki, Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.