PENSİYALARA 3 MİLYARD MANATDAN ÇOX VƏSAİT YÖNƏLDİLDİ

Bu ilin 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (308 milyon manat) çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib.

Bununla bağlı Əmək və Əhalinin Sosia Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.

1 iyun 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.