MARİYA ZAXAROVA: RUSİYA QARABAĞLA BAĞLI ÜÇTƏRƏFLİ RAZILAŞMALARIN BÜTÜN MÜDDƏALARININ QEYD-ŞƏRTSİZ İCRASININ TƏRƏFDARIDIR

Moskva Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmaların bütün müddəalarının qeyd-şərtsiz icrasının tərəfdarıdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinq zamanı deyib.

O bildirib: “Ümumi vəziyyətə gəldikdə, biz ümid edirik ki, müddəaların icra olunması ilə Bakı-Yerevan münasibətlərinin normallaşması, o cümlədən mövcud ikitərəfli mürəkkəb məsələlər baxımından zəruri şərtlər yaradılacaq”.