ERMƏNİSTANDA ZƏLZƏLƏ – NAXÇIVANDA DA HİSS OLUNDU

Heydərabad stansiyasından 14 km şimal-şərqdə, Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Bununla bağlı bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:57-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 təşkil edib.

Yeraltı təkanların ocağı 3 kilometr dərinlikdə yerləşib.

Qeyd olunub ki, zəlzələ Naxçıvanın Heydərabad rayonunda 3 bala qədər hiss olunub.