
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək.
Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iyunun 5-də keçirilən iclasında müzakirə olunub.
Belə ki, “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi komitə iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
