
7 iyun 2026-cı il tarixində keçirilən qəbul imtahanlarında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (I ixtisas qrupu, IV ixtisas qrupu, III ixtisas qrupu – coğrafiya), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiper keçidlərdən əldə edə bilərlər.
