
Azərbaycanın Təbrizdə yol-nəqliyyat hadisəsi zamanı vəfat edən konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
“Diplomat bu gün Göyçayda dəfn olunacaq”,- deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək vəfat edib.
