AZƏRBAYCAN VƏ TACİKİSTAN AQRAR SƏNAYE SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ EDƏCƏKLƏR

 

Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində “Boboi Şərifbek” ilə “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlığa dair sənəd imzalanıb.

Tədbirdə dövlət qurumlarının və işgüzar dairələrin nümayəndələri, eləcə də aidiyyəti şirkətlərin rəhbərləri iştirak ediblər.

Saziş aqrar-sənaye istehsalı və investisiyalar sahəsində şirkətlər arasında ikitərəfli əməkdaşlığın inkişafına yönəlib.

Qeyd edək ki, bu gün Bakıda iki ölkənin dövlət qurumları və işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə Azərbaycan-Tacikistan biznes forumu keçirilir. Forum çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, investisiya imkanları, sənaye kooperasiyası və Azərbaycan ilə Tacikistan sahibkarları arasında əlaqələrin inkişafı müzakirə olunur.