BAKI-AĞSTAFA-BAKI İSTİQAMƏTİNDƏ ƏLAVƏ QATAR REYSLƏRİ TƏYİN EDİLİB

Sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Qeyd edilib ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Qatarlar saat 09:15-də Bakıdan Ağstafaya, 15:00-da isə Ağstafadan Bakıya hərəkət edəcək.