
Mayın 14-də başlayan “Xarıbülbül” musiqi festivalının konsertləri Şuşanın müxtəlif məkanlarını əhatə edir.
Zəngin proqramı ilə fərqlənən festivalın açılış günündə Cefri Verbokun “Şuşa, sevgilim” adlı sənədli filminin nümayişi olub.
Film bir sənət əsəri olmaqdan daha çox, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması missiyasını daşıyan bir layihədir. Bu film həm də Azərbaycan xalq musiqisinin vurğunu, muğamlarımızı məharətlə ifa edən amerikalı Cefri Verbokun Ulu Öndər Heydər Əliyevə illər öncə verdiyi vədin yerinə yetirilməsinin rəmzidir: Azərbaycan muğamını və Qarabağın mədəni irsini dünyaya tanıtmaq, Şuşanı sənət vasitəsilə yaşatmaq. “Şuşa, sevgilim” məhz həmin sadiqliyin bədii ifadəsidir.

