HİKMƏT HACIYEV: “AZƏRBAYCAN ÖZÜNÜ QLOBAL CƏNUBUN BİR HİSSƏSİ HESAB EDİR”

Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (GSNP) I Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan coğrafi, tarixi, mədəni və öz taleyi baxımından Qlobal Cənubun bir hissəsidir.

H.Hacıyev qeyd edib ki, Bakı Qlobal Cənub ölkələrinin üzləşdiyi çağırış və çətinlikləri, o cümlədən tarixi irsi tam anlayır, belə ki, Azərbaycan da həm müstəqillik illərində, həm də bütün tarixi boyunca çoxsaylı sınaq və çətinliklərdən keçib.