Türkiyənin Bursa vilayətinin Kestel rayonunda kimyəvi məhsullar emal edən fabrikdə partlayış baş verib.
İlkin məlumata əsasən, hadisə nəticəsində fabrikin işçilərindən biri həlak olub, altı nəfər xəsarət alıb. Ətrafa yayılan zərərli qazın təsirindən 15-20 nəfər xəsarət alıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.