
Ağdam və Xocavəndə növbəti köç karvanı yola salınıb.
Mayın 8-də növbəti köç karvanı Xocavənd rayonunun Ağdam və Xocavənd şəhərlərinə yola salınıb.
Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.
Bu mərhələdə Ağdam şəhərinə 41 ailə – 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə – 206 nəfər köçürülüb.
