“BAKUBUS” VƏ “BAKI TAKSİ XİDMƏTİ” BAKI METROPOLİTENİNƏ BİRLƏŞDİRİLDİ – FƏRMAN

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Bakı Metropoliteni “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.