CEYHUN BAYRAMOV KAYA KALLASLA GÖRÜŞDÜ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas arasında görüş keçirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı və dialoqunun əhəmiyyətini vurğulayır:

“Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”.