ÇİNDƏ DAŞQINLAR NƏTİCƏSİNDƏ 15 NƏFƏR HƏLAK OLUB

Çinin Şansi vilayətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ən az 15 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Bu barədə yerli hakimiyyət xəbər verib.

Ötən həftə daşqınlar nəticəsində 5 nəfərin öldüyü bildirilib.

Bildirilib ki, təxminən 34,9 milyon əhalisi olan vilayətdə 11 şəhər və 76 qəzanın 1 757 milyon sakini daşqınlardan əziyyət çəkib.