NİKOL PAŞİNYAN 2028-Cİ İLDƏ AZƏRBAYCANA SƏFƏR ETMƏYİ PLANLAŞDIRIR

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin 10-cu iclasında iştirak etmək üçün 2028-ci ildə Azərbaycana səfər etmək istədiyini bildirib.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Sammitində çıxışı zamanı bildirib.

“Ümid edirəm ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti Azərbaycanda keçiriləndə bu ölkəyə səfər etmək imkanım olacaq”, – deyə,  o qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.