
Bu il mayın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 12,687 milyard ABŞ dolları təşkil edib.
Bu barədə AMB məlumat yayıb.
Məlumata görə, bu, bu ilin aprelin 1-i ilə müqayisədə 1,030 milyard ABŞ dolları və ya 8,8% çoxdur.
Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 1,624 milyard ABŞ dolları və ya 14,7% artıb.
Əlavə olaraq qeyd olunub ki, bu il mayın 1-nə Azərbaycanda pul bazası 23,312 milyard manat təşkil edib.
Məlumata əsasən, bu, 2026-cı ilin aprelin 1-i ilə müqayisədə 453,2 milyon manat və ya 1,9% azdır.
Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 2,6 milyard manat və yaxud 12,5% artıb.
Qeyd edək ki, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindən yaradılan və birbaşa nəzarət olunan ən ilkin pul kütləsidir.
Pul bazası əsasən iki hissədən ibarətdir: 1) Dövriyyədə olan nağd pul – əhalinin və şirkətlərin əlində olan kağız və metal pullar; 2) Bankların mərkəzi bankdakı ehtiyatları – kommersiya banklarının Mərkəzi Bankda saxladığı məcburi və əlavə ehtiyatlar
