ELEKTRON XİDMƏTLƏRLƏ BAĞLI TƏNZİMLƏYİCİ PİLOT LAYİHƏLƏRİN HƏYATA KEÇİRİLMƏSİ QAYDALARI TƏSDİQ EDİLİB

“Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.