SABAH BU YOLLAR BAĞLI OLACAQ

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.

Bu barədə məlumatı WUF13 Azərbaycan Əməliyyat Şirkəti yayıb.

Bildirilib ki, monitorinq çərçivəsində mayın 1-də saat 10:00–16:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.

“Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.