MƏZAHİR PƏNAHOV YENİDƏN MSK-YA SƏDR SEÇİLDİ

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

İclasın gündəliyinə MSK-nın sədri, sədr müavini və katiblərinin seçilməsinə dair məsələ daxil edilib.

Məzahir Pənahov səsvermə yolu ilə yenidən MSK-nın sədri seçilib.

O, Azərbaycan Respublikasının Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir.

Qeyd edək ki, Məzahir Pənahov 2000-ci il mayın 19-dan MSK-nın sədri vəzifəsindədir.

Bundan başqa, Rövzət Qasımov da yenidən MSK sədrinin müavini seçilib.

O, Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir.