PUTİN “ROSSOTRUDNİÇESTVO”YA YENİ RƏHBƏR TƏYİN ETDİ

Rusiya Prezidenti Vladimir Putin İqor Çaykanı “Rossotrudniçestvo”nun (Müstəqil Dövlətlər Birliyi işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentlik-red) rəhbəri təyin edib.

Bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Müvafiq fərman hüquqi aktların rəsmi portalında dərc olunub

Digər fərmanla Rusiya Prezidenti Yevgeni Primakovu həmin vəzifədən azad edib.